Bu müğənnilər CƏRİMƏ OLUNACAQ! – Musiqidən pul qazanılırsa...

 15:16 10.06.2019     409

Azərbaycan şou-biznesində xarici, xüsusilə də türk mahnılarını oxuyan ifaçılar çoxluq təşkil edir. Onu mənimsəyib, altına anonim yazdırıb, bəzi hallarda isə ümumiyyətlə adsız, icazəsiz ifa edənlərin tez-tez şahidi oluruq.

Bu kimi hallarda qanun bəs nə deyir?

Redaktor.az-a açıqlama verən hüquqşünas Ələsgər Məmmədli bildirdi ki, əgər, hər hansısa musiqidə müəllif hüquqları pozulursa, maddi, mənəvi cəza tətbiq olunur.

“Konpensasiya olunmalıdır. Şəxsin icazəsi olmadan mahnısını oxumaq artıq qanuna ziddir. Kommersiya üçün nəzərdə tutulub, istifadə olunubsa, qarşı tərəf məhkəməyə müraciət edə bilər. Cərimə tirajın sayından aslıdır. Konkret məbləğ yoxdur. Musiqi alınanda xüsusi müqavilə imzalanmalıdır. Onun həm müəllif, həm də ad hüququ qorunmalıdır. Ad açıqlanmırsa, anonim olaraq gedib, musiqidən pul qazanılırsa, sənətçi qanun qarşısında cavab verməli olacaq. Amma əgər, müğənni kiminsə mahnısını ictimaiyyət qarşısında, toyda, tədbirdə, efirdə ifa edibsə, müəllif hüquqları pozulmur”.

Sevda Bayramova / REDAKTOR.AZ