"“Gəlmişəm otağına, oyadam səni Qaragilə” burada yar gecə..." - Qalmaqallı mahnı haqqında AÇIQLAMALAR

 18:00 10.06.2019     1549

Bir çox xalq mahnılarımızın sözlərinə nəzər saldıqda təhriflər olunduğunu görürük. Bu cür musiqiləri bəzi sənətçilər necə eşidirlərsə, elə də ifa edirlər. Bu isə birmənalı qarşılanmır

Xalq mahnılarımızın belə təhrifə uğramasına sənətkarların münasibəti necədir?

Xalq artisti Canəli Ələkbərov Redaktor.az-a açıqlamasında bildirdi ki, bir çox xalq mahnıları təhrif olunub:

“Keçmişlə indiki zaman arasında fərqli xüsusiyyətlər var. Əvvəllər musiqiyə düzəlişlər edilər, korreksiya işləri görülərdi. İndi kim necə istəyirsə, elə də yazır, oxuyur. Nəzarət olmayan yerdə belə olur. Tək “Gəlmişəm otağına, oyadam səni Qaragilə” yox, bir çox mahnının sözləri təhrif olunub. “İrəvanda xal qalmadı”da bunların sırasındadır.”

Xalq artisti Könül Xasıyeva isə əksinə hesab edir ki, bəzi musiqilərdə təhrif yoxdur:

“Biz, dədə-babadan necə eşitmişiksə, o cür oxuyuruq. “İrəvanda XAL qalmadı, XAN yox”. Cabbar əmidən belə eşitmişik. Təhrif, irad olunmayıb. Kitabda da belədir. “Gəlmişəm otağına, oyadam səni Qaragilə” burada yar gecə yox, bəlkə, gündüz gəlib? Aşiq yarından danışır, burada nə var ki? Təhrif olunası bir şey görmürəm”.

Sevda Bayramova / REDAKTOR.AZ