“Emil qələt edir” - Niyamdan SƏRT CAVAB

 16:29 10.06.2019     490

Ötən gün Xəzər televiziyasında yayımlanan “Olduğu kimi” verilişində müğənni Emil Rəhmanoğlu həmkarı Niyam Salamiyə söz atıb.

O, bildirib ki, sənətə “povorluq” ilə gəlməyib.

Redaktor.az-a açıqlama verən müğənni Niyam Salami “Çör-çöp” söhbətinin çoxdan bağlandığını dedi:

“Emil qələt edir. O, mənim dostumdur, evimdə böyüyüb, necə bu sözü deyə bilər? Böyüklər mənə irad bildirməyib, uşaq-muşaq danışır. Onlar ağıldankəmdirlər. Zaur Nəbioğlu bilmir nə mövzu işləsin. Hər kəs mənim nə işlə məşğul olduğumu, haradan gəldiyimi çox gözəl bilir. Aşpaz işləmişəm, burada nə var ki? Evimə çörək aparmışam. Narkomanlıq etməmişəm ki”.

Sevda Bayramova / REDAKTOR.AZ