“Mostalan, diqnozik, pıkı..." - Məşhurların qeyri-adi LƏQƏBLƏRİ

 17:43 11.06.2019     1656

Bəzi məşhurlarımızın xüsusi səhnə adları, ləqəbləri var.

Redaktor.az mövzu ilə bağlı sənətçilər arasında maraqlı sorğu keçirib:

Gənc müğənni Kamil Cəfərovu uşaqlıqda “Mostalan” deyə çağırırdılar.

Xalq artisti Firəngiz Mütəllimovaya “Firiş” deyirdilər.

Gənc müğənni Çingiz Mustafayevin “Diqnozik” ləqəbi var idi.

Müğənni, aparıcı Türkan Heydərovanı ailəsində “T” deyə adlandırdılar. Bəzi insanlar isə ona “Fındıqburun Türkan” ləqəbi qoyublar.

Əməkdar artist Elnur Kərimovun mərhum atası ona “Oni, muni, nuni” deyərdi. İndi isə əsas “Göygöz” deyə çağırırlar.

Aparıcı Könül Muxtarovanı “Keşa” ləqəbi ilə çağırırdılar.

Aktyor Fərda Xudaverdiyevin anası uşaqlıqda “Diriş” deyə çağırıb, məktəbdə isə ona “Fedya” deyiblər.

Meyxanaçı Samirə Yusifqızını evdə “Sasa”, məktəbdə “Bahalı qız”, ətrafda isə “Bazarkom qızı” deyə çağırıblar.

Aparıcı Humay Muxtarova uşaqlıqda çox ağladığı üçün ona “Soğan göz” ləqəbi qoyublar.

Müğənni Elvin Abdullayevi uşaqlıqda hər kəs “PIKI” deyə çağırıb.

Aşıq Zülfiyyəyə “Zülfü” deyiblər.

Aparıcı Kamran Quliyev futbolu çox sevdiyindən, “Galatasaray”lı olduğundan adını “Hakan Şükür” deyiblər. Bir də "Kamış".

Aktrisa Aynur Bağırova uşaqlıqda sarışın olduğundan və nənəsinə oxşadığı üçün ona “Sona sifət” ləqəbi qoyublar.

Aparıcı İlqar Mikayıloğlunun uşaqlıqdan hərbiyə çox böyük marağı olub. Buna görə onu “Mayor” və ya “Rembo” adlandırıblar.

Müğənni Elit Star Cəmiləni “Cema” adı altında çağırırlar.

Aparıcı Dəniz Nəbiyevaya "Dəli Xədicə" deyiblər.

Prodüser Mədinə Malikə yeniyetmə dövründə "Uzundraz", şou-biznesdə isə məşhur aktrisa - Kameron Diasın adı ilə çağırıblar.

Aparıcı Vüsalə Səidə evdə "Quzu balam", məktəbdə Tahirova, universitetdə "Vika", "Viki", "Vüsaleçka", işdə Vüsalə Səid deyirdilər. Bir də Robot Sophiaya oxşadırdılar deyə, onun adı ilə çağırırdılar. 

Sevda Bayramova / REDAKTOR.AZ