“Qod Nisanov əmim deyil, sadəcə..." - Xəyyam Nisanov

 10:48 13.06.2019     1664

ATV-də yayımlanan “5 Element” verilişində müğənni Xəyyam Nisanov qonaq olub.

Redaktor.az xəbər verir ki, sənətçi şəxsi həyatından, sənət fəaliyyətindən, şou-biznesdə baş verən qalmaqallardan söhbət açıb:

“11 yaşımda atamı itirmişəm. 12 yaşımdan işə başlamışam, məktəbə nadir hallarda gedirdim. Kişi olduğum üçün əziyyətdən qaçmamışam. Mənim üçün normal hal olub. Fürsət yarandı ki, sevildim və indi sevdiyim peşə ilə məşğul oluram”.

Bununla yanaşı o, əməkdar artist Röya Ayxanla münasibətlərindən danışıb:

“Röya ilə 1 il yarım danışmadıq. Bunu heç kəs bilmədi. Daha sonra jurnalistlər xəbər tutub, yazdılar. Amma ikimiz də bu məsələyə reaksiya vermədik. Nə onun, nə də mənim arxamca heç kəs danışa bilməz. Röya ilə 28 ildir ki, bir-birimizi tanıyırıq. Mikrorayonda böyümüşük, bir məktəbdə oxumuşuq. Əsl dost o insandır ki, səndən asılacağı yoxdur”.

Daha sonra sənətçi Rusiayada yaşayan Azərbaycan əsilli iş adamı Qod Nisanovdan söbət açıb:

“Qod Nisanov əmim deyil, sadəcə bir kənddə doğulmuşuq. Təsadüfə bax ki, atalarımızın adı da eynidir. Onu “böyük qardaş” adlandırıram. Qohum münasibətlərimiz yoxdur”.

Sevda Bayramova / REDAKTOR.AZ