"Evimin həm xanımı, həm də qulluqçusuyam" - Günel Ələkbərova

 10:36 13.06.2019     510

ARB TV-də yayımlanan “Söhbət var” verilişinin növbəti buraxılışında maraqlı anlar yaşanıb.

Redaktor.az bildirir ki, layihədə “Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova qonaq olub.

Sənətçi gözlənilməz açıqlamalar verib. O, həyat yoldaşının qısqanclığından və həmkarlarından danışıb:

"Əvvəllər daha çox belə hallar olurdu, indi yox. Yəqin ki, etibar edir. Artıq 7 ildən çoxdur ki, tədbirlərə, el şənliklərinə az-az gedirəm. Qlamur müğənninin qarşısında qulluqçular işləyər. Evimin həm xanımı, həm də qulluqçusuyam".

Sevda Bayramova / REDAKTOR.AZ