Efirdə prodüserlərin mübahisəsi düşdü - VİDEO

 13:29 13.06.2019     1414

ARB televiziyasında yayımlanan “Səhər-səhər” verilişində qalmaqal yaşanıb. Verilişdə qonaq olan “Stop” qrupunun solisti Əmrah, Səbinə Rəcəblinin rəqs təklifinə razılıq verməyib. 

Səbinə Rəcəbli bildirib ki, Mədinə məni Əmraha qısqanır:

“Hər şey aydındır. Mədinə məni Əmraha qısqanır. Qrup ilə təqdim edə bilmədiniz, başladınız oxumağa".

Baş verənlərlə bağlı prodüser Mədinə Məliklə əlaqə saxladıq. Redaktor.az-a açıqlama verən Məlik hesab edir ki, Rəcəblinin prodüserlik işində anlayışı yoxdur:

“Mən ANS televiziyasında Elgizin verilişində ekspert kimi iştirak etmişəm. Onun qrupundan qız qaçmışdı. Buna görə, Rəcəblini günaqlandırdım. İllərdir mənimlə danışmır. Çünki mahnı oxumağım onda qısqanclıq hissi yaradıb. Ona prodüser demək olmaz. Çünki istehsalçı deyil, ortada danışılası işi yoxdur. Orada Əmrahın özü onunla rəqs etmək istəmədi”.

Daha ətraflı videoda:

Sevda Bayramova / REDAKTOR.AZ