Aysel Əlizadə ƏRƏ GEDİR? - Eksklüziv AÇIQLAMA / VİDEO

 15:35 14.06.2019     702

Özünə təmtəraqlı ad günü keçirən 29 yaşlı müğənni Aysel Əlizadə Redaktor.az-a eksklüziv açıqlamalar verib. 

- Bu yaxınlarda Türkiyəyə getmişdiniz. Qonşu ölkədə sizə qarşı münasibət necədir?

- Məni orada hər zaman yaxşı qarşılayırlar. Hara gedirəmsə, böyük məhəbbətlə sevilirəm.

- “Yandırdın qəlbimi” adlı ifanız dillər əzbərinə çevrilib. Hətta deyilənə görə, Türkiyədə taksilərdə məhz bu mahnı səsləndirilir...

- Çox sevinirəm. Ancaq taksilərdə yox, bir çox məkanlarda ifamı eşidirdim, tanınırdım. Mənə qarşı xüsusi diqqət və yanaşma var.

- Bəlkə də, Türkiyə şou-biznesinə qoşuldunuz...

- Orada "partlayış" edəcəyimi deyə bilmərəm. Qismətdə varsa, olacaq.

- Şou-biznesdə özünüzə hansı titulu yaraşdırardınız?

- Arada özümü uşaq kimi görürəm, elə hallar da olur ki, xanım-xatun kimi hiss edirəm. Bəzən də bəyənmirəm özümü. Hər obrazdayam, amma ad verə bilmərəm. Özümə məxsus yerim var şou-biznesdə.

- Xoşbəxtsiniz?

- Ətrafımdakı insanlar yanımda olub, sağlam olsunlar. Əgər, heç bir problem yoxdursa, xoşbəxtəm. Tam xoşbəxtlik başqa məsələdir. Burada sənin arzuların, istəklərin var. Düşünürəm ki, onlara da, nə vaxtsa çatacam.

- Aysel Əlizadə ailə həyatı qurmaq istəyir?

- Təbii ki, niyə də istəməyim? Hər bir qadın kimi bunu mən də arzu edirəm. Ümid edirəm ki, bu, subay olaraq keçirdiyim sonuncu il olacaq. 

Daha ətraflı Redaktor.az-ın təqdim etdiyi videoda:

Sevda Bayramova / REDAKTOR.AZ