“Şou üçün mahnı oxuyuram" - Mikayıl CAVAB VERDİ

 18:25 14.06.2019     88

Ötən gün Xəzər TV-də yayımlanan 5/5 verilişində müğənni, bəstəkar Hacı Nazimin aparıcı Mikayıl Güləddinoğlu haqqında dedikləri müzakirələrə səbəb olub. O, aparıcının müğənnilik etməsini tənqid edib, münasibətlərinin soyuq olduğunu bildirib:

O, “Mikayılda nə pisdi, nə yaxşı” sualına belə cavab verib:

“Aramız yaxşı deyil. Azəri qızı Günellə uşaqlıq dostu olmuşuq. Mikayıl bir dəfə verilişdə şou çıxardı ki, guya Günelə elçi getmək istəmişəm. Onun açdığı veriliş nədir? Bayağılıqdan danışır. Pisi yaxşı kimi təqdim edir. Özü də oxumağa başlayıb. Onun oxuduğu kimi musiqi var? Necə təqdim edir efirə?”.

Deyilənlərlə bağlı aparıcı Mikayil Güləddinoğlu ilə əlaqə saxladıq. Redaktor.az-a açıqlama verən aparıcı bildirdi ki, onu düzgün tanımırlar:

“Bizim heç vaxt yaxşı əlaqəmiz olmayıb. Görüşəndə salamlaşıb, keçmişik. O ki qaldı elçilik söhbətinə, 10 il bundan öncə “Olduğu kimi” adlı verilişin aparıcısı olmuşam. Oranın ssenarisində şou naminə maraqlı məqamlar yazılıb. O formada informasiyanı təqdim etmişəm. Məni səhv anlayıb yəqin. Mən müğənni deyiləm, sadəcə müəyyən sözlər yazıb, ona uyğun musiqilər hazırlayıb, ifa etmişəm. Şou naminə edirəm. Bir neçə gün öncə üz-üzə gəldik, salamlaşdıq. Niyə edib, bilmirəm”.

Sevda Bayramova / Redaktor.az

loading...