“Oğlumun qəza törətməsində Xoşqədəmdən şübhələnirəm” - Nazilədən şok AÇIQLAMA

 14:00 15.06.2019     2978

Nazilə Səfərli aparıcı Xoşqədəm Hidayətqızı ilə aylardır aralarında davam edən qalmaqal və məhkəmə haqqında Redaktor.az-a açıqlama verib. 

Şairə bildirib ki, Xoşqədəm Hidayətqızından heç vaxt üzr istəməyib: 

“Məhkəmə hələ yekunlaşmayıb. Mən, iddia olunan sözləri deməmişəm. Xoşqədəmin şəxsi maraqları var, ona görə də məndən əl çəkmir. Mənə qalib gəlməyi özünə şərəf bilirsən? Nazilə böyük şəxsiyyətdir. Sənin ətrafında güclü insanlar var, mənə görə kimlərə müraciət etməmisən... Təzyiqlərlə məhkəmələri udur. Heç vecimə deyil. Oğlumun qəza törətməsində Xoşqədəmdən şübhələnirəm. Necə oldu ki, hər şeyi normal olan avtomobilin birdən-birə əyləci tutmadı? O, mənim birinci düşmənimdir. Dostlarımın məkanlarından sui-istifadə edir. Tutduracaqsan məni? Nazilə yiyəsizdir? Bütün distansiyalara müraciət edəcəm. Hətta lazım gələrsə, Avropa Məhkəməsinə qədər gedəcəm. Orada Xoşqədəmin sözü işləmir. Üzr istəməyəcəm. Sən mənə sataşmısan. Bunu görüb, danan şərəfsizdir. Qardaşımın boşadığı arvada görə mənə ilişmisəm. Nəyimə lazımdır? Fakt qoyaram ortaya, amma yaraşmaz mənə. Onsuzda bilirəm, məni kim uduzdurur".

İttihamlarla bağlı qarşı tərəflə əlaqə saxlamağa çalışdıq. Xoşqədəm Hidayətqızının mobil telefonuna cavab verən, lakin özünü təqdim etməyən şəxs dedi ki, Hidayətqızı ölkədə yoxdur, xaricdədir. Bu üzdən, Redaktor.az olaraq qarşı tərəfin mövqeyini istənilən vaxt yaymağa hazırıq.

Sevda Bayramova / REDAKTOR.AZ