"Yaxşı pul verərlərsə, sənətimi dəyişərəm" - Lalə Əlimuxtarova / VİDEO + FOTOLAR

 15:06 17.06.2019     1445

Lalə Əlimuxtarova Redaktor.az-a eksklüziv açıqlamalar verib.

Aparıcı ailəsindən, həmkarlarından danışıb:

- Aparıcılıq etdiyiniz ən həyəcanlı tədbir hansı olub?

- Ən həyəcanlı tədbirlərim Prezident seçkilərində olub. Rayonlarda Yeni Azərbaycan Partiyasının seçki öncəsi bütün tədbirlərini aparmışam. O, həyəcan tamamilə fərqliydi.

- Qızınız necədir?

- Çəkilişlərə, verilişlərə onunla gedirəm. Ancaq axşamlar şou-proqrama gedəndə ayrılırıq. Günümün çox hissəsini ailəmlə keçirirəm. Qızım istedadlıdır, yorulmuram onunla, nə deyirəmsə, edir. Efiri çox xoşlayır. 

- İkinci Lalə Əlimuxtarova yetişir?

- Hər kəs deyir ki, yetişir. Amma bilmək olmaz, bəlkə, böyüyəndən sonra gözəl ifaçı oldu. Ya da, ümumiyyətlə bu sahəni istəmədi. O, mənə diş həkimi olacağını söyləyir. Deyir “Ana, ata siz qocalanda dişlərinizi düzəldəcəm”.

- Bəzi həmkarlarınız müğənni, aktrisa kimi fəaliyyət göstərir. Buna münasibətiniz necədir?

- Mən pis baxmıram. Əgər, yaxşı oxuyursa, oxusun, amma səsi yoxdursa, elə ən yaxşısı efirini aparsın. İndiyə qədər heç bir filmdə çəkilməmişəm. Düzü təkliflər çox gəlib, amma baş rol deyildi. Çəkilsəm, ancaq baş rola çəkiləcəm və yaradacam. Özümə güvənirəm.

- Bəlkə, aparıcılıqla vidalaşıb aktrisa olasınız?

- Aktrisalıqda pul yoxdur. Az qonorar verirlər. Aparıcılıqda tədbir idarə edib, daha çox qazanmaq olar. Amma vaxt gələr, yaxşı pul verərlərsə, bəlkə, sənətimi dəyişərəm.

- Xəbər aparıcısı olmaq istəyərsiniz?

- Elə gözəl xəbər aparıcısı olaram. Simam, səsim, ciddiliyim ona uyğun gəlir. 

Sevda Bayramova / REDAKTOR.AZ