"Problem olsaydı, mənə zəng vurmazdı" - İsgəndərli məsələyə AYDINLIQ GƏTİRDİ

 13:09 18.06.2019     452

ATV-də yayımlanan “Bir axşam” verilişində müğənni Mətanət Əsədovanın açıqlaması müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, sənətçi əməkdar artist Mətanət İsgəndərli ilə əlaqələrinin yaxşı olmadığını deyib:

“Musiqi aləmində yalançı rəfiqələr var. Obraza girməyi xoşlamıram. Mətanət İsgəndərlini çox istəyirəm. O, həmişə məni elə dindirib, darıxanda məni yığıb ki, ürəyim səninlə açılır. Amma eşitdim, haqqımda elə bir şey danışıb ki, onu nəinki telefonumdan, həyatımdan sildim. Bundan sonra nəyə and içsə də, inanmıram”.

Mətanət İsgəndərli Əsədovanın dediklərini təəccüblə qarşılad:

“Əsədova ilə aramızda heç bir soyuqluq yoxdur. Hər şey yaxşıdır. Hətta bir az öncə işçim onunla telefonla danışıb. Bu günlərdə işlə bağlı görüşümüz olacaq. Detalları dəqiqləşdiririk. Problem olsaydı, hər halda mənə zəng vurmazdı. Ola bilsin ki, hansısa köhnə məsələ haqqında danışıb, amma hazırda əlaqəmiz yaxşıdır”.

Sevda Bayramova / REDAKTOR.AZ