Oqtay Əliyev LGBT-ni təbliğ edən məşhurlara OD PÜSKÜRDÜ - FOTOLAR

İyun ayı LGBT-də qürur ayı kimi qeyd olunur. Bir çox dünya məşhurları sosial şəbəkələrdə “Love is love”- yəni “Sevgi məhəbbətdir” haştağı ilə paylaşım edərək, onlara dəstək olurlar. Bizim məşhurlarımız da bu ənənəyə qoşuldular.
Redaktor.az xəbər verir ki, Azərbaycanda hələ ki, 3 məşhur LGBT-yə dəstək nümaiş etdirib.
İlk paylaşım əməkdar artist Röya Ayxandan gəlib. Röya “Love is love” yazılı köynəyini paylaşaraq, qısa zaman ərzində minlərlə təşəkkür və bəyənmə qazanıb.
“Eurovision”da ölkəmizi qalib edən müğənni Eldar Qasımov da “Sevgi səhv olmur” şərhi və haştağı ilə cinsi azlıqlara dəstək olub. O, bundan öncəki açıqlamalarında da LGBT-yə dəstək olduğunu vurğulayıb. Qasımovun da paylaşımı cinsi azlıqlar tərəfindən xoş qarşılanıb.
Məşhur stilist Anar Ağakişiyev LGBT köynəyini geyinərək, foto paylaşıb. Ağakişiyev “Həyat bəzən ağ, bəzən də qaradır. İstəyirəm ki, hər kəsin həyatı mənimki - göy qurşağının rəngləri kimi rəngarəng olsun. Həyatı parlaq və rəngarəng yaşamaq lazımdır” şərhini yazıb. Stilistin də fotosu və şərhi mavi dünyanın adamları tərəfindən bəyənilib.
Məşhurların bu addımı LGBT tərəfindən yüksək qiymətləndirilsə də, Oqtay Əliyev tanınmışların fotolarına və reaksiyalarına təəccübləndiyini bildirdi:
"Onlar bu cür insanları dəstəkləyirlər? İnanın ki, şokdayam. Bəlkə, kimsə onları maliyyələşdirir? Ya da, kiminsə ortalığa atılan missiyasıdır? Onlar haqqında cəmiyyətdə, tribunada, sənədli əsərdə danışmaq düzgün deyil. Hər birimizin ailəsində uşaq böyüyür. Biz ən azı 15 yaşına qədər övladın dünyaya necə gəldiyini onlardan gizlədirik, aramızda pərdə saxlayırıq. Çünki milli mentalitetimiz var. Ola bilsin ki, mən geridə qalmışam. Hər şeyi Avropanın üstünə yıxırıq, amma heç orada LGBT bu cür təbliğ olunmur. O insanları öldürmək, asmaq niyyətində deyiləm, çünki xəstədirlər. Cəmiyyət onları sadəcə olaraq yola verməlidir. Onlar niyə ənənəvi müsəlman ailəsinə dəstək olmurlar, bu tip insanları müdafiə edirlər?
"Eşq olsun, ənənəvi Azərbaycan ailəsinə" şüarı əks olunan köynək geyinib, gəzsinlər də. Qəzəb, şiddət olmamalıdır, amma o tip azlıqlar yerlərini bilməlidirlər. Bizimkilər təbliğat işləri aparırlar, onlar da bununla fəxr edirlər. İndi neyləyək, cəmiyyətimizdə bu cür xəstə insanları çoxaldaq? Olmaz, qətiyyən olmaz. Sabah övladlarımız "ay ana, ay ata, bunlar kimdir"- deyə soruşanda nə cavab verəcəyik? Bunların yaşam tərzi budur. Qoy yaşasınlar, amma məndən uzaqda. Bizim təbliğatımız o deməkdir ki, onlar artıq rahatlıqla qapını döyüb, bizimlə hesablaşa bilərlər. Mən təbliğatın ələyhinəyəm. Yığıb, özlərinə ada, şəhər yaratsınlar. "Bəyin oğurlanması" filmində deyildiyi kimi - "onda toyun mübarək"".
Sevda Bayramova / REDAKTOR.AZ