“Yaydır, bağlı geyinməliyəm ki?" - Pərvin Abıyeva DANIŞDI

 16:53 18.06.2019     363

Açıq-saçıq, çimərlik geyimləri ilə tənqid olunan aktrisa Pərvin Abıyeva açıqlama verib.

Redaktor.az-a danışan Abıyeva bildirib ki, danışanlarla bağlı heçnə etməyib, öz yolu ilə gedəcək:

“Sənətə başlayandan tənqidlərə məruz qalıram. Yaydır, bağlı geyinməliyəm ki? Bununla bağlı heç nə etməyəcəm, reaksiya verməyəcəm. Tənqidlər hər zaman olub, olacaq da”.

Sevda Bayramova / REDAKTOR.AZ