Azərbaycanlı məşhurun adına saxta profil açıb, qızları otelə DƏVƏT ETDİ - ŞOK AÇIQLAMA

 15:47 19.06.2019     858

Sosial şəbəkələrdə məşhurların adı ilə tez-tez saxta səhifələr açılır ki, bu da xoşagəlməz nəticələrə səbəb olur.

Redaktor.az bu dəfə məşhurların adı ilə açılan saxta profilləri araşdırıb:

Aparıcı Cavid Gül 2 il öncə xoşagəlməz hadisə ilə qarşılaşıb. Onun adından saxta “WhatsApp” açılıb:

“Saxta profil, şəklimlə “WhatsApp” açan da olub. O zamanlar böyük problemlər yaşadım. Biri adımdan istifadə edərək, tanınmışlarla, xüsusilə də, xanımlar ilə yazışır, məşhurların nömrələrini tapırdı. Xanımları hətta otelə dəvət edirdi. Tapdım, nömrələri sildirdim, məsələni bağladım. “İnstagram”da saxta profilləri açan balaca uşaqlardır".

Bu günlərdə aparıcı Mətanət Əliverdiyevanın adından “İnstagram”da saxta profil açılıb və insanların ünvanına təhqirlər yazılıb. Əliverdiyeva bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

Redaktor.az-a açıqlama verən aparıcı bildirdi ki, sözügedən şəxs tapılıb və cəzalandırılıb.

Müğənni, aktyor Cavidan Novruzun adından dəfələrlə saxta səhifələr yaradılıb:

“Bir neçəsini bağlatdırmışam, amma yenə də var. Adımdan qızlara biabırçı şeylər yazırlar. Polisə getmədim. Görüşüb, mədəni şəkildə izah etdim. Amma yenə də saxta profillər var".

Aktrisa Günel Məmmədovanın adından saxta profillər açılıb:

"Bu yaxınlarda biri adımdan saxta profil açıb, başqaları ilə tanış olurdu. Haqqımda xoşagəlməz uydurmalar yazırdı. Polisə verdim, həll etdik".

Müğənni İbrahim Borçalının adından yeni sənətə qədəm qoyan müğənnilərə yazırlar. Özü də gecə saat üçdə:

“Polisə müraciət etdim, hələ ki tapılmayıb o insan. Gürcüstan nömrəsi alıb, “Whatsapp” açıb, profilə də şəklimi qoyub, hər kəsə yazır. Ən çox da təzə sənətə gələn xanımlara. Özü də gecə saat 3-də. Onlarla tanış olub, toy qiymətini öyrənirlər. Ayıbdır axı. O xanımların da atası, qardaşı var".

Sevda Bayramova / REDAKTOR.AZ