Xatun bədən quruluşundan danışdı: Gündəmdəyəm

 17:18 19.06.2019     526

Son vaxtlar müğənni Xatun Əliyeva bədən quruluşuna görə tənqid olunur. Sosial şəbəkələrdə onun ünvanına xoşagəlməz sözlər yazılır.

Redaktor.az xəbər verir ki, ifaçı Roza Zərgərliyə bənzədilməsinə münasibət bildirib:

“Müğənninin hər şeyindən danışılmalıdır. Mənə yazılan şərhlər çox "ləzzətli" idi. Bilməzdim ki, bu qədər maraqlıyam. İstədiyimiz vaxt gündəm ola bilərik. Hərdən bilmədən belə gündəm oluruq. Qadın müəyyən yaşdan sonra bədən quruluşuna diqqət etməlidir. Elə şeylər də var ki, pəhrizlə düzəlmir. Əməliyyat mütləqdir. Mən də kontur-plastika əməliyyatı keçirmişəm. Bu, sadəcə, idmana vaxtımın olmadığından irəli gəlib”.

Sevda Bayramova /REDAKTOR.AZ