Yusif Mustafayev efirdə səsləndirdiyi KOBUD İFADƏYƏ aydınlıq gətirdi

 17:58 19.06.2019     1960

Bir neçə gün öncə əməkdar artist Yusif Mustafayev ATV kanalında yayımlanan “Şou ATV” verilişinin qonağı olub.

Redaktor.az xəbər verir ki, sənətçi efirdə musiqiçilərə "Xodu verin, köpək oğlu”,- deyərək müraciət edib.

Yusif Mustafayevin efirdə səsləndirdiyi bu ifadə birmənalı qarşılanmayıb. Məsələylə bağlı Redaktor.az-a açıqlama verən əməkdar artist bildirib ki, həmin ifadəni işlədən zaman mikrofonun açıq olduğunu bilməyib:

“Həmin musiqiçi qardaşım oğludur, adı Mustafadır. Onunla aramızda hər zaman zarafatımız olub. Həmin ifadəni işlədən zaman mikrofonun açıq olduğunu bilmirdim. Üstəlik, veriliş 3 gün öncə efirə gedib, amma məsələni indi ortalığa çıxardırlar". 

Sevda Bayramova / REDAKTOR.AZ