Feysbukda bloklanan aparıcıdan SƏRT SÖZLƏR - "AXMAQ" istifadəçilərimiz var"

 18:38 19.06.2019     549

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlu Feysbuk  komandasının qəzəbinə tuş gəlib.

Redaktor.az xəbər verir ki, aparıcı rus xüsusi təyinatlısını öldürən ermənini söydüyünə görə sosial şəbəkə rəsmiləri tərəfindən üç günlük bloklanıb. 

Baş vermiş hadisəyə Redaktor.az-a açıqlamasında aydınlıq gətirən İlqar Mikayıloğlu bildirib ki, düşmənlərlə məhz sosial şəbəkə vasitəsilə hesablaşmaq düzgündür. Sadəcə onların zəif nöqtəsini tutmaq lazımdır:

“Ermənilər xırda söyüşə görə belə şikayət edirlər. Bizimkilər isə əksinə, belə halda heç bir addım atmırlar. Buna son qoymaq olmaz. Bloklasınlar, problem deyil. Buna çox da fikir vermək mənasızdır. Onlara qarşı konkret missiya olmalıdır. Qatı söyüşlərdən istifadə etməmişəm, sadəcə zəif yerlərini tutub, qıcıqlandırmışam. Hələ ki, yalnız “Facebookda” onları söyə bilirik. Problem özümüzdədir. Sosial şəbəkələrdə "axmaq" istifadəçilərimiz var. Məsələn, Aprel döyüşlərində ermənilər Feysbukda saxta sənəd yerləşdirmişdilər. Həmin sənəd guya Baş Qərargah rəisimizin Müdafiyə Nazirliyinə itkilərimizlə bağlı göndərdiyi məktub idi. Bizimkilər buna uyaraq, səhifələrində həmin yalan məktubu paylaşdılar. Bunu etməklə nə qazanırsınız? Ermənilər sosial şəbəkədə qüvə deyil. Orada onlarla mübarizə aparmaq həddindən artıq asandır”.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Redaktor.az-a açıqlamasında sosial şəbəkənin qaydalarından danışıb:

“Burada ikili standart var. Sosial şəbəkə böyük dövlətlərin müraciətinə daha tez reaksiya bildirir. Feysbukda bloklanma funksiyası artıq robotlaşdırılıb. Hansısa istifadəçi şikayət olunursa, onunla bağlı 3 addım atılır. Birincisi yoxlama, ikincisi xəbərdarlıq, sonda isə bloklanma işləri görülür. Söyüşün qədəri var, ona uyğun reaksiya verilir”.

Qeyd edək ki, belə bir hadisəylə ötən il müğənni Nura Suri qarşılaşıb. İfaçı Aleksandr Sergeyeviç Puşkinin ermənilər haqda sitatını paylaşdığına görə blok olunub.

Sevda Bayramova / REDAKTOR.AZ