Eldar ətək geyinib, RƏQS ETDİ - Görüntülər OLAY OLDU / Video

 10:33 20.06.2019     864

Ölkəmizi “Eurovision” beynəlxalq mahnı müsabiqəsində qalib edən müğənni Eldar Qasımov yenidən gündəmə gəlib.

Redaktor.az bildirir ki, ifaçı bu dəfə ətək geyinib, rəqs etdiyi videosunu “İnstagram” hesabında paylaşıb.

Görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. O, izləyicilərin sullarına bunun “dərviş” rəqsi olduğunu yazıb.

Daha sonra sözügedən videonu prodüser Tarix Əliyev (Tolik) də "İnstagram" profilində paylaşıb. O, videoya bu şərhi bildirib:

"Eldar çox fırlanma, başın gicəllənər".

Qeyd edək ki, bir neçə gün öncə Eldarın LGBT paylaşımı səs-küyə səbəb olmuşdu.

Sevda Bayramova  / REDAKTOR.AZ