"Sevda Sanaliyeva rəqsi atandan sonra çoxları sənətdə tüğyan etdi" - Tolik canlı yayımda SƏRT DANIŞDI

 11:50 20.06.2019     800

Xəzər Televiziyasında yayımlanan “Hər şey daxil” verilişində maraqlı məqamlar yaşanıb.

Redaktor.az xəbər verir ki, bu dəfə verilişə yenicə həyat yoldaşından boşanan müğənni Sevda Sanaliyeva qonaq olub.

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) Sanaliyevanın əvvəllər məşğul olduğu rəqqasəlik fəaliyyətindən danışıb:

“Sən rəqqasəlik etdiyin dövrdə Azərbaycanda yanında duracaq ikinci rəqqasə yox idi. Sevda Sanaliyeva rəqsi atandan sonra çoxları sənətdə tüğyan etdi. Sən rəqqasəliyə yaraşırdın, maraqlı idin. Mən səni türkiyəli rəqqasə Didəmə bənzədirdim. İndi isə Renka həmin sənətdədir".

Sevda Bayramova  / REDAKTOR.AZ