“Kişi qadına dəstək olur, amma...” - Fatimə həyat yoldaşından danışdı / VİDEO

 15:34 20.06.2019     550

ARB Televiziyasında yayımlanan “Faydalı saat” verilişinin növbəti qonağı rəqqasə Fatimə Fətəliyeva olub.

Redaktor.az xəbər verir ki, Fatimə həyatda ən böyük dəstəkçisinin həyat yoldaşı olduğunu söyləyib:

“41 yaşım var. Əsas dəstək mənim həyat yoldaşımdandır. Söhbət maddi dəstəkdən yox, mənəvi dəstəkdən gedir və mənəvi dəstək qadına mütləq lazımdır. Bu gün mənim arxamda oğlumun atası dayanır və onun gücü, dəstəyi ilə mən daha güclənirəm. Əslində qadın da kişiyə dəstək olmalıdır. Bir də görürsüz ki, kişi qadına dəstək olur, amma qadın heç bunu başa düşmür. Amma biz bir-birimizə çox dəstəyik. Mən nə isə alanda belə mütləq onunla məsləhətləşirəm. Xoşbəxtəm, ona görə ki, qarşıma elə bir insan çıxıb. O, bizim sferanın adamı deyil”.

Sevda Bayramova / REDAKTOR.AZ