Müğənni canlı efirdə AĞLADI - "Ancaq anama görə ağlaya bilərəm"

 16:01 20.06.2019     1961

Müğənni Sevda Sanaliyeva Xəzər Televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin qonağı olub.

Redaktor.az bildirir ki, canlı efirdə müğənninin mərhum anası haqqında videoçarx göstərilib. Videoya baxan sənətçi göz yaşlarını saxlaya bilməyib:

“Həyatımda heç olmadığım qədər xoşbəxtəm. 5 il ərzində ailəli oldum, amma indi çox xoşbəxtəm. Həyat məni sındıra bilməz, ancaq anama görə ağlaya bilərəm. Boşanmaq nədir ki, mənim üçün?!”.

Sevda Bayramova  / REDAKTOR.AZ