"Geyimimə görə çəkiliş meydançasına qoymadılar" - Məşhurlardan ŞOK AÇIQLAMALAR

 10:08 21.06.2019     653

"Xanım ofisiant tələb olunur. Potensialınız varsa, buyurun, qeyd olunan ünvana CV göndərin...".

Ölkəmizdə nədənsə bəzi şirkətlərdə xanımlar məhz bu tələblərə uyğun şəkildə işə götürülür.

Maraqlıdır, görəsən, şou-biznes aləmində olan xanımlara işə qəbul zamanı hansısa təklif ünvanlanıb? 

Redaktor.az-a açıqlama verən “Elit Star” ləqəbi ilə tanınan müğənni Cəmilə bildirib ki, AzTV-də çalışarkən müdiriyyət tərəfindən xəbərdarlıq alıb:

“Əvvəllər iş yerlərində xanımlar açıq-saçıq geyinmirdilər. İllərlə AzTV-nin solisti idim. Bir dəfə çəkilişə nisbətən açıq geyimdə getdim. Geyimimə görə çəkiliş meydançasına qoymadılar. Evə qayıdıb, paltarımı dəyişməyə məcbur oldum.

Aparıcı Lalə Mustafayeva deyir ki, 16 illik televiziya stajında ona müxtəlif təkliflər gəlib:

“Televiziyadan öncə xüsusi tələblər ünvanlanmayıb, amma efir məkanında olub. Bu cür hadisələri görəndən sonra televiziyadan uzaqlaşdım. Xanımları bəylər çox sıxışdırıb, şərtlər qoyurdular. İllər öncə bu cür idi. İndi isə əksinədir. Aparıcı olmaq istəyən gənc xanımlar buna can atır. Özləri özlərini təklif edirlər. Təki efir onları tanısın”.

Sevda Bayramova / REDAKTOR.AZ