Rüfət Axundova efir qadağası QOYULUB? - Baş verənlərə AYDINLIQ GƏTİRDİ / VİDEO+FOTOLAR

 11:54 21.06.2019     1007

"Görən deyir: "Bu göyçək hansı bəxtəvərindir...?".

Görəsən, o "göyçəy"in aqibəti necə oldu? Hansı bəxtəvərə nəsib oldu? Anar, Rəşad yoxsa Rüfət?

Bir müddət öncə "Space" televiziyasında yayımlanan "Hər səhər" verilişində işlətdiyi nalayiq sözlərə görə adı qalmaqallarda hallanan müğənni Rüfət Axundov şok açıqlamalar verib.

Redaktor.az-a eksklüziv müsahibə verən ifaçı hər şeyə aydınlıq gətirib:

- Efirlərdə bayağı, toy, 6/8 musiqilər səsləndirilir?

6/8 bizim qanımızdadır. Niyə də bunu efirdə oxumayaq? Bayağı musiqilər və onun dinləyiciləri hər zaman olub. Kiməsə bu cür adi musiqilər asan gəlir, ona görə də oxuyur. Hər şey zövqdən asılıdır.

- Deyirlər, şou-biznes nümayəndələri ilə dostluq etmək, qız alıb, vermək olmaz. Bununla razısınız?

- Şou-biznes sözündən xoşum gəlmir. Bu camiyada olan hər kəs əzizimdir. Özüm burada ola-ola necə onları bəyənmiyə bilərəm? Mümkün deyil.

- Bir müddət əvvəl Xalq artisti Nazpəri Dostəliyevanın “Sənətkar metroya, avtobusa minməməlidir” fikiri müzakirə olundu. Sizcə bu, belədir?

Çıxılmaz vəziyyətə düşsəm, pulum, kartım olmasa, maşınım xarab olsa nə edim? Oğurluq? Heç olmasa kimdənsə 30 qəpik götürüb ictimai nəqliyyata minərəm. Avtobusa, metroya minmək qəbahət deyil.

- Həyat yoldaşınıza xəyanət etmisiniz?

- Necə deyim ki, xəyanət etməmişəm? Elə bir kişi var? Hər kəs nəsə edir, amma üstüörtülü şəkildə.

- Yalanla aranız necədir?

- Bir yalan danışmışam, onu da nəyəsə görə etmişəm. Hansısa söhbətin üstünü örtmək üçün...

- Efirlərdə qadağadasınız?

- Yox. Sadəcə olaraq yay olduğu üçün dincəlirəm. Sentyabrdan efirlərdə olacam.

- Rəşad İlyasovla hazırda münasibətiniz necədir?

- Əla. Arada tədbirlərdə görüşürük. İncikliyim qalmayıb. Niyə də olsun? Həyatdır.

Sevda Bayramova / REDAKTOR.AZ

VİDEO+FOTOLAR: Müzəffər İsmayılov

22222