"Sənə ayıb olsun!" - Səbinə Selcan həmkarını TƏNQİD ETDİ / Video

 11:30 21.06.2019     458

ARB televiziyasında yayımlanan “Show news” verilişinin növbəti buraxılışı söz-söhbətlərlə yadda qalıb.

Redaktor.az xəbər verir ki, müğənni Səbinə Selcan həmkarı Nazim Pişyarının “Əsl kişi bir dəfə ailə həyatı qurar” açıqlamasına sərt cavab verib:

“Şəxsiyyətindən, vəzifəsindən asılı olmayaraq mədəni şəkildə boşanan insanlar da var. O zaman onlar insan, kişi və yaxud qadın deyil? Elə boşanan var ki, səndən yaxşı kişidir. Heç vaxt belə danışma. Birinci dəfə taleyi gətirməyənlər var. Əminsən ki, həyat yoldaşın ilə ölənədək birlikdə yaşayacaqsan? Oğlun böyüyəndə bir dəfə evlənib, həyatının sonuna kimi bir xanımla yaşayacaq? Reklam xətrinə, bu, lazım deyil. Reklam istəyirsənsə, get, bir yetimin əlindən tut. Ağzına gələni danışmaq lazım deyil. Sən elə o boşananların toyunda iştirak edirsən. Həyatdır, hər şey ola bilər. Heç kim həyatından sığortalanmayıb. Sənə ayıb olsun!”.

Sevda Bayramova / REDAKTOR.AZ