“Mən elə tərbiyə almamışam ki, dəfələrlə evlənim,boşanım” - Nazimdən SƏRT CAVAB

 13:26 21.06.2019     647

ARB TV-də yayımlanan “Show news” verilişinin növbəti buraxılışı qalmaqallarla yadda qalıb.

Redaktor.az bildirir ki, ifaçı Səbinə Selcan həmkarı Nazim Pişyarının “Əsl kişi bir dəfə ailə həyatı qurar” açıqlamasına sərt reaksiya verib:

“Şəxsiyyətindən, vəzifəsindən asılı olmayaraq mədəni şəkildə boşanan insanlar da var. O zaman onlar insan deyil? Elə boşanan var ki, səndən yaxşı kişidir. Heç vaxt belə danışma. Birinci dəfə taleyi gətirməyənlər var. Əminsən ki həyat yoldaşın ilə ölənədək birlikdə yaşayacaqsan? Yaxud, oğlun böyüyəndə bir dəfə evlənib, həyatının sonuna kimi bir xanımla yaşayacaq? Reklam xətrinə, bu, lazım deyil. Reklam istəyirsənsə, get, bir yetimin əlindən tut. Ağzına gələni danışmaq lazım deyil. Sən elə o boşananların toyunda iştirak edirsən. Həyatdır, hər şey ola bilər. Heç kim həyatından sığortalanmayıb. Sənə ayıb olsun!”.

İttihamlarla bağlı Redaktor.az-a açıqlama verən Nazim Pişyari bildirib ki, Səbinə Selcanı tanımır:

“Birincisi, mən o xanımı tanımıram. İkincisi, tanımaya-tanımaya mənə "Sən" deyə müraciət edir. Niyə? Açıqlamama diqqətlə qulaq asmayıb. Süjetdə 3,4 dəfə boşanan, bunu vərdiş halına salan həmkarlardan danışmışam. Hər bir insanın başına müxtəlif hadisələr gələ bilər. Ailə həyatı qurduğu insan dünyasını dəyişə bilər, onda ikinci dəfə evlənməlidir. Açıqlama reytinq qazanmaq üçün montaj olunub. Hər şey ailədən, tərbiyədən asılıdır. Mən elə tərbiyə almamışam ki, dəfələrlə evlənib, boşanım. Oğluma indidən başa salıram ki, “Bax, ananla 30 ildir birlikdəyəm. Bunun yaxşısı da, pisi də mənimdir. Sənə də tövsiyəm odur ki, sabah kiminsə qızını bədbəxt etməmək üçün seçimini doğru et". O xanımın tərbiyəm, mədəniyyətim haqqında danışmağa heç bir haqqı yoxdur. Onu elə "Sən" deməyinə çox pis baxıram. Bu, mədəniyyətindən xəbər verir”.

Sevda Bayramova / REDAKTOR.AZ