"Zooparkdan qız gətirib, Azərbaycan gözəli edirlər" - Türkandan ŞOK AÇIQLAMALAR - VİDEO + FOTOLAR

 20:02 21.06.2019     1187

“Bir-iki gün söyülməyəndə darıxıram, bilmirəm nə edim”.

Bu sözləri Redaktor.az-a eksklüziv müsahibəsində gənc müğənni, aparıcı Türkan Heydərova deyib:

Aparıcı kimi necə qəbul olunursunuz?

- Aparıcı kimi təqdim olunmağı sevmirəm. Diktoram, çünki azərbaycan dilini mükəmməl bilmədiyimə görə, söz ehtiyatım azdır. Müğənni kimi isə illərdir, qəbul olunmuram.

- Nədənsə sizi daim qalmaqala çəkmək istəyirlər...

- Məni sevən, sevməyən də var. Söyənlər də az deyil. Bir-iki gün söyülməyəndə darıxıram, deyirəm nəsə etməliyəm. Qalmaqalı sevmirəm, sakit həyat istəyirəm. 

- Həyatınızda əsl sevgi olub?

- Bəli. Sevirdim, elə düşünürdüm ki, sevilirəm, amma illər sonra anladım ki, bu, birtərəfli sevgidir. O insanın sənətimdə dəstəyi yox idi. Söz-söhbətlər gəzirdi ki, guya maşınımı o mənə alıb. Xeyr,  avtomobilimi özüm almışam.

- Açıq-saçıq şəkillərlə müzakirə olunursunuz. Bunun səbəbi nədir?

- Bir dəfə ən açıq şəklimi paylaşıb, rəy yerinə “Varlı kişi axtarıram” sözünü yazmışdılar. Axtarıramsa, sənə deməliyəm? Kimsən sən? Tanışlıq saytı? Fotoda ancaq bədənimin bir hissəsi görünürdü. Camaatın da xoşu gəldi. İndi də tendensiya yaranıb, uşaqların sənətçilərə baxıb, pis örnək götürməsi.

- 16 yaşınızda “Yeni Ulduz” mahnı müsabiqəsində iştirak etmisiniz. O illəri necə xatırlayırsınız?

- “Yeni Ulduz” əsl sənət yarışması idi. 16 iştirakçı idik, hər birimizi sevirdilər. Metroda tanınırdım. İndi o qədər müsabiqələr keçirilir. Zooparkdan qız gətirib, "Miss Azerbaijan" edirlər.

Sevda Bayramova / REDAKTOR.AZ

VİDEO+FOTO: Müzəffər İsmayilov