"Mənə az pul verdiyi üçün..." - Türkan Pərviz haqqında DANIŞDI

 18:23 25.06.2019     1628

Tarix Əliyevin “Youtube” layihəsinin növbəti qonağı müğənni Türkan Vəlizadə olub.

Redaktor.az bildirir ki, verilişdə Vəlizadə duet ortağı Pərviz Bülbülə haqqında danışıb:

“Elə olub ki, birlikdə toya getmişik, yaxşı qazanmışıq, amma mənə az pul verdiyi üçün təəccüblənmişəm. Buna baxmayaraq üzünə vurmamışam, çünki ən çətin vaxtlarımda mənə dəstək olub. Elə toy da olub ki, məclisdən çıxanda evə yaxşı pul aparacağıma sevinmişəm”.

Sevda Bayramova / REDAKTOR.AZ