"Safuranın birinci olması üçün çox çalışırdım" - Aygün Kazımova

 14:03 02.07.2019     2715

“Yeni ulduz” zamanı çalışırdım, müğənnilər seçək, onları irəli aparaq. Çingiz, İlhamə, Safuranın birinci olması üçün çox çalışırdım, elə bilirdim özüməm. Safuranın gələcəyinə çox inanırdım. İndi oxumur, ailə qurdu. Sənətdə olsaydı, öndə gedəcək sənətçilərdən olardı”.

Redaktor.az bildirir ki, bu sözləri Xalq artisti, Pop-diva Aygün Kazımova ATV-də yayımlanan “Zaurla Günaydın” verilişində deyib.

Qeyd edək ki, Kazımova daim gənclərə dəstək, yaradıcılıqlarında rolunun olduğunu dəfələrlə açıqlayıb.

Sevda Bayramova / REDAKTOR.AZ