“Pişik niyə demir ki, qabağımdan insan keçdi, öləcəm” - İnanclarla bağlı AÇIQLAMALAR

 15:20 02.07.2019     4977

“Pişik niyə demir ki, qabağımdan insan keçdi, öləcəm”.

Qaloş, alt paltarı, cehiz piri... Qara pişik keçdi, günüm uğursuz keçəcək, tək səbir yaxşı deyil, 13 rəqəmi nəsdir... Yüzlərlə bu cür inanclar mövcuddur. Ona inananların sayı isə günü-gündən artır.

Görəsən, şou-əhlinin bu inanclarla arası necədir?

Məşqçi, idmançı Kamil Zeynallı məsələylə bağlı Redaktor.az-a açıqlama verdi:

“Anam dindar xanımdır. Ziyarətlərə, ocaqlara, pirlərə gedir. Sən istəyini qaloşdan, Mirmövsüm Ağadan yox, allahdan istəməlisən. Bizdə bu cür saxta şeylər çoxalıb. İndiyə qədər niyə qaloş piri olmayıb? Nəzirimi atıram, səcdəmi edirəm. Seyid, peyğəmbər nəvəsidirsə, onu ziyarət edirəm. Deyirlər, gecə zibil atmaq, dırnaq kəsmək olmaz. Əslində onun da səbəbləri var. Amma mən inanmıram. Pişik niyə demir ki, qabağımdan insan keçdi, öləcəm. Özüm də heyvan saxlayıram. Boş söhbətlərdir. Hər şey insanın özündən asılıdır. Məsələn 13 rəqəminin nəs olduğunu deyirlər, əksinə mənə uğur gətirir bu rəqəm. İnsanlar nəsə hadisə olanda kiminsə üstünə atmağa çalışırlar. Çox gülməli faktlardır".

Gənc müğənni Ayaz Babayev isə əksinə bunlara inanır:

“Mən hər şeyə inanıram. Qabağımdan qara pişik keçdi, pis oluram. Kimsə sol üzümdən öpərsə, işim uğursuz olur. Ayağımı tapdalayanda diskomfort olub, narahatlıq keçirirəm”.

Xalq artisti Səməd Səmədov Redaktor.az-a danışdı:

“Nə iş görürəmsə, allah ilə görürəm. İnanclara inanmıram. Heç birini sınamamışam. Dəfələrlə qabağımdan qara pişik keçib, heç önəm də verməmişəm. İnanmadığıma, baş qoşmadığıma görə xalq artisti, Toylar kralıyam, insanların yanında hörmətim var. Bu, psixoloji vəziyyətdir”.

Prodüser Tarix Əliyev müəyyən inanclara inanır:

“15 yaşında deyiləm ki... Məsələn, Hindistanda inəyə səcdə edirlər. Bunlar daim olub. Tək səbirə haradasa inanıram. Bakılılar ən çox Mirmövsüm Ağanın ziyarətinə gedir, ona inanırlar. Mən də ora gedirəm, amma arzumu allahdan diləyirəm. Mən bilmirəm, o qaloş seyidi kimdir. O, ayaqqabıyla ayaqyoluna, tövləyə gedə bilər. Bəzi mollalardan daha çox dua bilirəm. Mənə deyirlər ki, sənə cadu ediblər. Valideynlər sağdır, ruzim allahdandır. Bir tək ailə qurmamışam, bu da şəxsi problemimdir. Nəyimə cadu edə bilərlər? O pirlərə gedən, nəzir paylayan getsin, köməyə ehtiyacı olana əl tutsun. Məkkəyə gedib, 5 ulduzlu oteldə qalırlar. Adlarını da həci qoyurlar. 10 dəfə oraya getməkdənsə, hansısa bir kasıbı Məkkəyə göndər".

 Sevda Bayramova / REDAKTOR.AZ

2