“Şou-biznesdəki xanımlardan İYRƏNİRƏM” - Ayazdan ŞOK AÇIQLAMA / VİDEO + FOTOLAR

 18:30 02.07.2019     4542

Gənc müğənni Ayaz Babayev Redaktor.az-a eksklüziv müsahibə verib.

İfaçı yaradıcılığından, son zamanlarda adı onunla birlikdə hallanan bloqqer xanımla münasibətindən danışdı:

- “İnstagram”da məşhurluq qazanmısınız. Reklamın qiymətini açıqlaya bilərsiniz?

Təqribən “Story”də 500 manatdır, lentada əsas profildə postun qiyməti fərqlidir. 1500-2000 manat arasında dəyişir. Özüm çəkilirəmsə, məbləğ artır.

- Şou-biznes nümayəndəsi olan xanıma eşq elan edərsiniz?

- Əsla. İyrənirəm onlardan. Beş faiz yaxşı var, ya yoxdur.

- Son zamanlarda adınız müxtəlif xanımlarla birlikdə hallanır. İlk olaraq müğənni Pərvanə ilə, daha sonra isə “İconmekh” adlı bloqqerlə. Bəs həqiqət nədir?

- Ümumiyyətlə, məndə şeytan tükü var. Kiminlə şəkil paylaşıramsa, hətta bu xanım xarici olsa belə, ona yapıştırıb, sevgili edirlər. İzləyicilər bəlkə də nəyisə görmək istəyirlər. Ola bilsin ki, aramızda nəsə var. Amma şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Çünki oğlanam, mənim üçün problem deyil, amma qarşımdakı azərbaycanlı xanımdır və heç kim, heç nədən sığortalanmayıb.

Daha ətraflı videoda:

Sevda Bayramova / REDAKTOR.AZ

VİDEO + FOTO: Müzəffər İsmayılov

2222