Taksi sürücüsü Şəbnəmi görüb GÖRÜN NƏ ETDİ

 10:52 03.07.2019     340

Müğənni Şəbnəm Tovuzlu “Mən hələ ölməmişəm” adlı klipini təqdim edib.

Redaktor.az bildirir ki, bir neçə gün öncə Türkiyədə olan Tovuzlu orada başına gələn maraqlı hadisə haqqında danışıb:

“Türkiyədən konsert təklifi gəldi, qəbul etdim. Dedilər ki, sizin “Qadasın alaram”, “Sevənlər ölməz” , “Lazım” , “Yar ağladı” mahnılarınız burada sevilir. Hətta Türkiyədə taksidə gedən zaman sürücü məndən soruşdu ki, “azərisiniz?” Dedim ki, bəli. Dedi ki, Azərbaycanda bir qız var, çox gözəl mahnılar oxuyur, amma adını yadımdan çıxartmışam. “Yar ağladı” mahnımı zümzümə etdi... Dedim ki, o mahnını oxuyan mənəm. Sürücü çox sevinib, əllərini göyə açıb, şanslı olduğunu dedi”.

Sevda Bayramova / REDAKTOR.AZ