Mehmet Ali Erbilin səhhəti ilə bağlı SON MƏLUMAT - VİDEO

 12:01 03.07.2019     537

8 aydır xəstəxanada müalicə alan türkiyəli şoumen Mehmet Ali Erbil evə buraxılıb.

Redaktor.az bildirir ki, Erbil xəstəxanadan çıxarkən səhhəti ilə bağlı media nümayəndələrinin suallarını cavablandırıb:

“3 dəfə ard-arda qabırğalarımdan əməliyyat edildim. Ağrıları hiss etməmək üçün 3 aydan çox dərman qəbul etdim. Hayatımda ilk dəfə başıma belə hadisə gəlib. Heç cür inanmırdım, amma bacım Yeşimin məsləhət gördüyü həkim müayinədən sonra 99 faiz addım ata biləcəyimi dedi. İlk, sol əlim hərəkət etdi, mən normalda sağ əlimi istifadə edirdim. Mənim üçün dünya sanki yenidən kəşf edilmiş kimi oldu. Allaha dua etdim və mənə sol əlimi bəxş et - dedim. Şükürlər olsun ki, sonra sağ əlim də hərəkət etdi. Sonra da inşallah, gəzə biləcəm. Xəstəxana heyətinə çox təşəkkür edirəm. Böyük qızıma, ilk həyat yoldaşıma çox təşəkkür edirəm. 8 ay ərzində yanımdan ayrılmadılar. Kürəkənim mənə yeni duaları öyrətdi. Gözümü belə aça bilmirdim. O, dua oxuyurdu, mən təkrar edirdim”.

Sevda Bayramova / REDAKTOR.AZ