"Heç vaxt öpüşmərəm, açıq-saçıq səhnələr..." - Aktrisadan AÇIQLAMA

 12:45 03.07.2019     546

Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində aktrisa Nərgiz Əliyeva qonaq olub.

Redaktor.az xəbər verir ki, Əliyeva verilişdə sevgilisi haqqında danışıb:

“Açıq danışacam. Həyatımda olan insan sənətimi qəbul edir. O, məni ekrandan görməyib, başqa yerdə tanış olmuşuq. Heç vaxt öpüşmərəm, açıq-saçıq səhnələrdə çəkilmərəm. Milli mentalitet, anam, qızım var. Sabah övladım ekrandan mənə baxıb, deyəcək, bu nədir? Xaricə getsəm də, çəkilmərəm. Bunu qəbul etmirəm”.

Sevda Bayramova / REDAKTOR.AZ