Məşhurlar Leyla Əliyevanı təbrik etdilər - FOTOLAR

 14:39 03.07.2019     1138

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.

Redaktor.az xəbər verir ki, bununla bağlı məşhurlar sosial şəbəkədə müxtəlif paylaşımlar edərək, təbriklərini ünvanlayıblar:

Xalq artisti Zülfiyyə Xanbabayeva “İnstagram”da Leyla Əliyevanın fotosunu paylaşaraq, xoş sözlərini yazıb:

“Əzizimiz, Leyla xanım! İnsanlara və bütün həyata nə qədər gözəl gözlərlə baxdığınız və geniş ürəklə yanaşdığınızın hər zaman şahidi oluruq! Allah ürəyinizcə versin! Ad gününüz mübarək!”.

Aşıq Əli tədbirlərin birində Leyla xanımla birgə fotosunu paylaşıb.

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə Leyla Əliyeva ilə birgə olan fotosunu paylaşıb, rəy yazıb:

"Bu gün gözəl qəlbli Leyla xanımın doğum günüdür. Sizi təbrik edirəm. Ömrünüz uzun, qəlbiniz hər zamankı kimi pak və təmiz olsun. Ad gününüz mübarək olsun”.

Murad Qulubəyli də Leyla Əliyevanı ad günü münasibəti ilə təbrik edənlərin siyahısındadır.

Rəqqasə Renka təbriklərə qoşularaq, "İnstagram"da foto paylaşıb.

Jurnalist Şahin Cavadsoy "İnstagram"ın "Story" bölməsində Leyla Əliyevanı təbrik edib.

Müğənni Nura Suri "İnstagram"da foto paylaşıb.

Şairə Nazilə Səfərli təbriklərə qoşularaq, sosial şəbəkədə şəkil paylaşıb, şərh yazıb:

“Bütün qapıların açarı sevgidir. Sizin ruhunuzu, qələminizi, mərhəmətinizi, şəfqətinizi və saymaqla bitməyən xeyirxahlığınızı sevirəm. Sevimlimiz Leyla xanım, yeni yaşınız mübarək!”.

Xanım aparıcılar Lalə Azərtaş və Vüsalə Səid də "İnstagram"da aktivlik nümayiş etdirib, Leyla xanımı təbrik ediblər:

Sevda Bayramova / REDAKTOR.AZ