Murad və Elza haqqında səslənən İTTİHAMLARA Ayan CAVAB VERDİ

 15:59 03.07.2019     2936

“ATV Maqazin Onlarla” verilişində gənc müğənni Əhməd Mustafayevin səsləndirdiyi açıqlamlar səs-küyə səbəb olub.

O, Elza Seyidcahan və Murad Arifi yaxşı bəstəkar olmamaqda qınayıb.

Ayan Babakişiyeva məsələ ilə bağlı Redaktor.az-a açıqlama verib. Müğənni deyilənlərin əksinə, Elza Seyidcahanın, həmçinin də Murad Arifin uğurlu bəstəkarlar olduğunu bildirib:

“Əhməd mənim dostumdur, amma gərək belə söz deməyəydi. Elza Seyidcahan və Murad Arif istedadlı bəstəkarlardırlar. Necə onlara bəstəkar deməmək olar? Bu dünyada 7 not var, hər musiqidə ladlar bir-birinə bənzəyə bilər. O demək deyil ki, Murad Arifin bəstələri plagiatdır. Onun musiqilərini Türkiyədə istifadə edirlər. Tədbirlərdə, məclislərdə, hər yerdə Murad Arif oxuyur”.

Sevda Bayramova / REDAKTOR.AZ