Təranə Səmədova: “İnsanlar tərəfindən qayğı, sevgi görürəm”

 15:00 04.07.2019     1245

Bir müddət öncə azadlığa buraxılan prodüser Təranə Səmədovadan yeni xəbər var.

O, yeni mövsümdən etibarən ATV-də yayımlanacaq “Alatoran” serialında baş prodüser vəzifəsinə təyin olunub. Bu barədə Səmədova Redaktor.az-a açıqlama verib:

“İki seriası çəkilib. Teleserialdır, bacardığım sahədir. Düşünürəm ki, öhdəsindən gələ biləcəm. İnsanlar tərəfindən qayğı, sevgi görürəm. Ona görə də heç bir çətinlik yaşamıram, rahatdır. İşim üzə çıxsın".

Qeyd edək ki, serialın rejissoru Elnur Məhərrəmlidir.

Sevda Bayramova / REDAKTOR.AZ