Şəbnəm Tapdığın adı patentləşdirilə bilər? - Vəkil AÇIQLADI

 14:29 05.07.2019     1380

İllərlə davam edən ad davasının qalmaqalı böyüyür. Belə ki, gənc müğənni Şəbnəm Qəhrəmanova, aparıcı Şəbnəm Həsənova Milli Televiziya və Radio Şurasından (MTRŞ) və Müəllif Hüquqları Agentliyindən məktub alıblar. Məktuba əsasən, Şəbnəm Tapdıq bütün məşhur Şəbnəmlərin özlərinə efir ləqəblərini götürmələrini tələb edir. Hətta, müğənni Şəbnəm Qəhrəmanova proqramların birində Ş.Tapdığın 102-yə zəng vuraraq, ondan şikayət etdiyini və patent isdəyini deyib. 

Bü cür məsələlərdə qanun nə deyir?

Məsələylə bağlı vəkil Sərxan Poladov Redaktor.az-a açıqlama verib:

“Hər kəsin hüquqları var. Heç bir vətəndaşa polis orqanlarına, məhkəməyə müraciət etməsi qadağa qoyula bilməz. Şəbnəm Tapdığın iddiası əsassız və məntiqsizdır. Təcrübədə ilk dəfədir, bununla qarşılaşırıq. Onun bu sözü deməsi o demək deyil ki, bütün Şəbnəmlər adlarını dəyişməlidirlər. Ona şəxsi olaraq əmtəə nişanı qoyula, patent istənilə bilməz. Müvafiq orqanlar bununla bağlı düzgün qərar verəcək”.

Sevda Bayramova / REDAKTOR.AZ