“Dəliyəm adımı dəyişim?” - Şəbnəmlər DANIŞDILAR

 14:13 05.07.2019     506

İllərlə davam edən ad davasının qalmaqalı böyüyür. Belə ki, gənc müğənni Şəbnəm Qəhrəmanova, aparıcı Şəbnəm Həsənova Milli Televiziya və Radio Şurasından (MTRŞ) və Müəllif Hüquqları Agentliyindən məktub alıblar. Məktuba əsasən, Şəbnəm Tapdıq bütün məşhur Şəbnəmlərin özlərinə efir ləqəblərini götürmələrini tələb edir.

Məsələylə bağlı aparıcı Şəbnəm Həsənova Redaktor.az-a açıqlama verdi:

“Televiziyaya çıxdığım, yəni 2001-ci ildən o xanım məni narahat edir. Ən sonda çalışdığım Lider TV-yə MTRŞ-dan məktub göndərilib ki, efirə çıxanda adım başqa olsun, əks halda patent ödəməliyəm. Belə şey olar? O, əsəri patent alıb, amma adı ala bilməz. Bütün iddialar əsassız, hüquqa sığmaz və düzgün deyil. Müəyyən qurumları bir-birinə vurub. Məsləhət edərdim ki, 10 milyonluq Azərbaycan xalqında olan bütün Şəbnəmlərdən əl çəksin, getsin adının önünə, arxasına ləqəb artırıb, fərqlənsin. Biz elə Şəbnəm olaraq həyatımızı yaşayaq. Əks halda vətəndaş hüququmdan istifadə edərək, bütün distansiyalara müraciət edəcəm”.

Şəbnəm Tapdıqın digər adaşı isə müğənni Şəbnəm Tovuzludur:

“İllərdir ad davası gedir. Artıq susub, kənara çəkildim. Anam Şəbnəm xanımın fanatı olub, ona görə bu adı qoyub. Sevinsin ki, mənə Şəbnəm adı verilib. Burada nə var ki? Şəxsi adımdır, əlavə qoyulan ad deyil. Dəliyəm adımı dəyişim? Versin məhkəməyə, əminəm ki, düzgün qərar vəriləcək”.

Sevda Bayramova / REDAKTOR.AZ