Bacısının ölümünə səbəb olan MÜĞƏNNİ DANIŞDI - FOTO

 11:56 11.07.2019  206

Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində gözlənilməz açıqlamalar səsləndirilib.

Redaktor.az xəbər verir ki, canlı efirdə qonaq olan müğənni Rəqibə Alışova illər öncə başına gələn dəhşətli hadisədən danışıb:

“15 il öncə rayona gedəndə avtomobil qəzasına düşdüm, yanımda oturan 15 yaşlı balaca bacım həyatını itirdi. Bu dərd mənə çox təsir etdi. Ona görə özümə qapandım, sanki övladımı itirdim. Anam bəlkə də mənim qədər əziyyət çəkmədi. 15 ildə 3 dəfə yuxuma girib”.

Sevda Bayramova / REDAKTOR.AZ

1