Elvin Abdullayevin ailəsində ŞAD GÜN

 11:41 11.07.2019     72

Müğənni Elvin Abdullayevin ikinci övladının 1 yaşı tamam olub.

Redaktor.az-ın məlumatına görə, sənətçi bu barədə “İnstagram”da məlumat verib, video paylaşıb, rəy yazıb:

“Keçən il iyulun 11 Səid adlı oğlumuz dünyaya gəldi. Evimizin son beşiyinin bu gün 1 yaşı tamam olur. Arzu edirəm ki, allah hər kəsə qismət etsin bu günlərdən. Bir ata olaraq, hər iki övladımla fəxr edirəm. Çünki gələcəklərinə inanıram. İnanıram ki, hər iki oğlum Azərbaycanımıza, cəmiyyətimizə çox yararlı və lazımlı olacaq”.

Sevda Bayramova / REDAKTOR.AZ