Xəstəxanaya yerləşdirilən Xalq artistindən XƏBƏR VAR

 12:52 11.07.2019     60

Səhər saatlarında Xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib.

Redaktor.az-a açıqlama verən sənətçinin dostu İqbal Ağayev Yalçın Rzazadənin vəziyyətinin pis olduğunu bildirib:

“Mədəsi, ciyəri, ürəyi 3, 4 gündür yaxşı deyil. Elə bilirdik öd kisəsindəki daşla bağlı yüngül bir şeydir, amma elə deyilmiş. Vəziyyəti ağırdır. Qanı yuyulur. Qanı sarı rəngdədir, bədənini zəhərləyib. Vəziyyəti yüngülləşəndən sonra evə aparacağıq. Sabah qan analizlərinə uyğun müalicəyə başlanılacaq”.

Sevda Bayramova / REDAKTOR.AZ