"Kosmonavt olmaq istəyirdim, amma...” - Məşhurlardan MARAQLI AÇIQLAMALAR

 17:30 11.07.2019  545

Uşaq olanda hər birimizin arzusu, istəyi var idi. Böyüyəndə hər hansısa peşəyə yiyələnmək... Kimisi göylərdə uçmağı, digərləri xəstələri sağaltmağı, bəziləri isə oxumağı seçirdi.

Görəsən, tanınmışlar uşaq vaxtı nəçi olmaq istəyiblər?

Əməkdar artist Gülüstan Əliyeva uşaqlıqda həkim olmaq arzusunda olub.

Əməkdar artist Elnur Kərimov hərbçi olmaq istəyirdi.

Əməkdar artist Elza Seyidcahan şairə, həkim, idmançı olmaq istəyib.

Əməkdar artist Ədalət Şükürov uşaqlıqda rəssam olmaq arzusunda idi.

Şairə Nazilə Səfərli isə modelyer olmaq istəyirdi.

AzTV-nin solisti Nicat Cəfərzadə saytımıza danışdı:

“Uşaqlıqda həkim, memar, hüquqşünas olmaq istəyirdim. Amma ailədən gələn musiqi həvəsi məni bu sənətə gətirdi və ifaçı kimi formalaşdım”.

 “Elit Star” ləqəbi ilə tanınan müğənni Redaktor.az-a açıqlama verdi:

“Həkim olmaq istəyirdim, amma həkimlə ailə həyatı qurdum, özüm isə müğənni oldum. Moskva Kooperativ İnstitutunu bitirdim, daha sonra isə Konservatoriyaya daxil olub, Vokal şöbəsində təhsil aldım”.

Müğənni Pərvin Lətifov maraqlı açıqlama verdi:

“Uşaqlıqda kosmonavt olmaq, göydə nə olduğunu görmək, oraya getmək istəyirdim”.

Aparıcı Humay Muxtarova müəllimə olmaq istəyirdi.

Aktyor Ramiz Hüseynzadə isə taksi şoferi olmaq istəyib.

Müğənni, aktrisa Səbinə Əliyeva uşaqlıqda dünyaca məşhur müğənni olmaq istəyirdi.

Müğənni Türkan Heydərova Redaktor.az-a açıqlama verdi:

"Uşaqlıqda diplomat, daha sonra isə tərcüməçi olmaq istəmişəm. Aparıcı-müğənni oldum. Yerimdən, sahəmdən narazı deyiləm".

Sevda Bayramova / REDAKTOR.AZ