“Uşaqların belə taleyi ilə oynayan insanlara heç inanmayın” - Rəqsanə

 10:28 12.07.2019     821

Müğənni Rəqsanə İsmayılova və prodüser Təranə Səmədova arasındakı qalmaqal bir neçə gündür daha da alovlanıb.

Redaktor.az xəbər verir ki, prodüser sənətçinin özü və ailəsi ilə bağlı ağır iddialar səsləndirib.

Rəqsanənin buna cavabı gecikməyib:

“Deyəcəyimi dedim, bundan sonra demək yox, hərəkətimi göstərəcəm. Hazırda isə ailəmlə bərabər “Moskva göz yaşlarına inanmır” filminə baxıram və başa düşürəm ki, axırıncı dəfə saxta göz yaşlarına 3-cü sinifdə inanmışam. Ümumiyyətlə, inanmaq hissini çoxdan unutmuşam. Heç kimə inanmayın, yalançı, təhlükəli, uşaqların belə taleyi ilə oynayan insanlara heç inanmayın. İnsan başına gələnlərdən nəticə çıxartmalıdır. Amma görünür, çıxartmayanlar var. Yenə də Allah bilər, nə edər. Biz Allah deyilik ki, basıb, göz çıxardaq. Yaşayarıq, görərik”.

Sevda Bayramova / REDAKTOR.AZ