"7 il ərzində 35 000 manat yığdım" - Məşhurlardan maraqlı AÇIQLAMALAR

 17:25 12.07.2019     1257

Hər birimizin uşaqlıq illərini yada salan xatirəsi olub. Bəzilərimiz oyuncaq kukla yığırdıq, digərlərimiz isə maşın kolleksiyası... Amma çoxlarımızın yəqin ki, pul yığdığı "kassa"sı olub. Əlimizə imkan düşdükçə ora pul atırdıq.

Görəsən, məşhurlarımızın bu cür pul yığdığı "kassa"sı olubmu?

Aparıcı Şəbnəm Həsənova bununla bağlı Redaktor.az-a açıqlama verdi:

“Uşaqlıqda kassam olmayıb, amma onunla bağlı maraqlı xatirəm var. Bir dəfə mənim üçün xüsusi hazırlanmış kassa hədiyyə etdilər. Mən də marağa ora pul atmağa başladım. Sən demə, heç bunun boyası qurumayıb. Bütün pullarım kifləndi”.

Aktyor Elməddin Cəfərov uşaqlığından danışdı:

“Balaca olanda bir iki dəfə kassa hazırlamışam. Amma onun dövrü cəmi iki saat çəkib. Hər dəfə dondurma almaq üçün onu sındırırdım”.

Prodüser Təranə Səmədova indiyə qədər "kassa"dan yığdığı ən böyük məbləğ 800 manat olub:

“Nəinki uşaqlıqda, elə indidə kassam var. Balaca olanda ağzı dəmir qapaqlı, bir balaca kəsilmiş şüşə qabım var idi, indi isə hazır satılan kassadan istifadə edirəm. Ən çox yığdığım pulla qızıma paltar almışam”.

Aparıcı Kamran Quliyev uşaqlıqdan bədxərc olduğunu etiraf etdi:

“3 litrlik şüşə qabım var idi. Qardaşımın kassası hər zaman dolu, məndə isə boş olurdu. Ən çox yığdığım 100 dollar olub. Ona məktəb üçün paltar və çanta almışam”.

Müğənni Xuraman Şuşalı “kassa” ilə bağlı başına gələn əhvalatdan danışıb:

“O vaxt 1 manatlıqlar var idi, onları kitabın arasında yığırdım. Pul dəyişdi oda batdı”.

Parodiyaçı Elnur Mahmudov Redaktor.az-a danışdı:

“Uşaqlıqda 1 litrlik plasmas qabdan kassa düzəltmişdim. Üstünü də ağ kağızla bağlayırdım. İçərisinə atdığım ən böyük məbləğ köhnə qız qalası olan 100 manat olub. Onu da sındırdım, pulu götürüb, qaçdım uşaqlarla kompüterdə oyun oynamağa”.

Aparıcı Lalə Əlimuxtarova 35 000 manat pul yığıb:

“Uşaqlıqdan pul yığan olmuşam. Kitabın arasında saxlayırdım pulları. 7 il ərzində 35 000 manat yığdım”.

“Elit Star” Cəmilə “kassa”dan yığdığı pul ilə məktəb forması alıb:

“Ceyran fiqurlu kassam var idi. Onun içinə xırda pullar atırdım. Ən çox yığdığım keçmiş pulla 300 manat olub”.

Aparıcı Humay Muxtarova “kassa”ya pul yığmağı adət-ənənə halına çevirib:

“Bu adət-ənənə məndə beşinci sinifdən bu yana var. Yığdığım pul ilə səyahətə çıxıram. Ən çox keçən il 9 000 dollar yığdım”.

Sevda Bayramova / REDAKTOR.AZ