Xalq artistinin səhhəti ilə bağlı ƏN SON MƏLUMAT

 16:18 12.07.2019     102

Ötən gün səhhətində yaranan ciddi problemlə əlaqədar Xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib. Qanı yuyulduqdan sonra isə evə buraxılıb.

Sənətçinin son vəziyyəti ilə bağlı oğlu Mətin Rzazadə Redaktor.az-a açıqlama verdi:

“Hazırda vəziyyəti stabildir. Hər gün sistem qoyulur, qanı tam təmizlənəndən sonra isə əməliyyat olunacaq. Ödündə daş var idi, o partlayıb, qanını zəhərləyib. Bununla yanaşı yazva da çıxıb. Atam Heydər Əliyev Fondu tərəfindən nəzarətə alınıb. Türkiyədə, yoxsa burada müalicəsinin davam edəcəyi hələ ki bilinmir”.

Sevda Bayramova / REDAKTOR.AZ