Tanınmış ekstrasens APARICININ YALANINI üzə çıxardı - "Zəng edib yalvardı ki..." / VİDEO

 14:00 13.07.2019     3917

"Space" televiziyasında yayımlanan "El bizim, sirr bizim" verilişi həmişə olduğu kimi, bu dəfə də maraqlı anlarla yadda qalıb.

Redaktor.az xəbər verir ki, Elçin Əlibəylinin rəhbərliyi ilə yayımlanan verilişdə bu dəfə mövzü "Alın yazısı" olub. Qonaq qismində çıxış edən tanınmış ekstrasens Almaz Yolçuyeva aparıcı Ramilə Sultanın yalanını ifşa edib. Aparıcı heç bir öncəgörənə, falçıya inanmadığını bildirsə də, Almaz Yolçuyeva onun yalançı və ikiüzlü adlandırıb:

"Adam necə də ikiüzlü olarmış?! Məndə onun Votsap yazıları var. Yazıb ki, mən çox adamın yanında olmuşam, heç biri mənə kömək edə bilməyib. Xahiş edirəm, mənə kömək edin".

Bundan əlavə, ötən verilişlərin birində mübahisələri düşdüyünə görə, Almaz Ramiləni təhdid edib və bir həftəyə başına pis bir hadisə gələcəyini bildirib. Bundan qorxuya düşən aparıcı Cavidə zəng edərək bu sözləri deyib:

"Almaza de, mənə heç nə etməsin. Mənin iki balam var".

Həmin verilişdən olan sözügedən görüntüləri təqdim edirik:

Gülnar Süleymanova / REDAKTOR.AZ