Azərbaycanlı həkimlər xalq artistinə SƏHV DİAQNOZ QOYDU - Oğlu AÇIQLADI

 12:58 15.07.2019     583

Bir müddət öncə Xalq artisti Yalçın Rzazadənin səhhətində ciddi problemlər yaranıb.

Bununla əlaqədar sənətçi Mərkəzi Dənizçilər Xəstəxanasında  müalicə alıb. Bu gün isə Xalq artisti Türkiyəyə aparılıb.

Xalq artisinin səhhəti ilə bağlı Yalçın Rzazadənin oğlu Mətin Rzazadə Redaktor.az-a açıqlamasında bildirib ki, atasının vəziyyəti yaxşı deyil:

“Burada ona səhv diaqnoz qoyulub. 4 gün müalicə olunub, əməliyyata girəcək. Analizləri Amerikaya göndərilib. Təxminən 4 ay orada qalacaq”.

Deyilən iddianın nə dərəcədə düzgün olduğunu araşdırmaq üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumun əməkdaşı bildirdi ki, nazirlik özəl klinikalara nəzarət etmir.

Qeyd edək ki, Xalq artisti Yalçın Rzazadə hazırda Heydər Əliyev Fondurun nəzarəti altındadır.

Sevda Bayramova / REDAKTOR.AZ