Dilarə Təranə Səmədovaya CAVAB VERDİ - “Özüm bilərəm...”

 17:06 15.07.2019     553

Ötən həftə “ATV Maqazin onlarla” verilişinin “Məşhurlarla 33 sual” rubrikasında prodüser Təranə Səmədova qonaq olub.

O, verilişdə gənc müğənni Dilara Kazımovanın bahalı geyimlərdən istifadə etdiyini, lakin bahalı görünmədiyini söyləyib.

Redaktor.az xəbər verir ki, qarşı tərəf Təranəyə cavab verib:

“Nə geyindiyimi, onların qiymətlərini özüm bilərəm. İlk növbədə sən qiymətli olmalısan, daha sonra isə libasın. Gözəl səsli, gözəl libas geyinsə, ona oturacaq”.

Sevda Bayramova / REDAKTOR.AZ