Məşhurların QOCALIQ TRENDİ - Maraqlı açıqlamalar verdilər

 16:21 16.07.2019     1161

Artıq bir neçə gündür ki, “İnstagram”da məşhurlar “Qocalıq” trendinə qoşulublar.

Hər kəs qocalıq şəklini görmək üçün sanki növbəyə düzülüb. Maraqlıdır, məşhurlarımız niyə bu qədər qocalığa meyil göstərirlər? Bəs, görəsən onlar 30 ildən sonra özlərini harada və necə görürlər?

Əməkdar artist Lalə Məmmədova bununla bağlı Redaktor.az-a açıqlama verdi:

“Özümü yaşlı görmək mənim üçün maraqlı gəldi. Dedim, birdən qocalıq qismət olmaz, heç olmasa, bunu görüm. Yaşlı halımı bəyəndim”.

Əməkdar artist Elnur Kərimov da, sözügedən trendə qoşulub:

“Əslində, məqsəd tez qocalmaq deyil. Sadəcə olaraq əyləncə xarakteri daşıyır. Həmdə mən aktyor olduğuma görə daim qrimdən, parikdən istifadə edib, müxtəlif obrazlar canlandırıram”.

Müğənni Ayan Babakişiyeva qocalıq şəklini “İnstagram”da paylaşan məşhurlardandır:

“Bir neçə il öncə də trend var idi. Hər kəs özünü qocaldıb, cavanlaşdırırdı. Mən də etdim. Nəticə mənim üçün maraqlı idi. İndidən özümüzü bu hallımıza öyrəşdiririk. Yaşlı Ayanı o qədər də bəyənmədim. Qocalanda yəqin ki, yaxınlarım mənə baxarlar”.

Aparıcı Zaur Nəbioğlu Redaktor.az-a danışıb:

“Nə yalan deyim, belə bir trendin olduğunu bilmirdim. İlk olaraq Namiq Qaraçuxurluda görüb, etdim. İnsan uşaqlıqda böyümək, indi isə əksinə, o dövrə qayıtmaq istəyir. Qoca Zauru bəyəndim. Hətta məncə gördüklərimin içərisində ən uğurlusu elə məndə alınıb”.

Şairə Nazilə Səfərli görün, özünü kimə oxşadıb:

“Maraq üçün etdim və çox kövrəldim. Sanki bir anlıq rəhmətlik nənəmə oxşadım. 30 ildən sonra harada olacağımı bilmirəm. Qismət olsa, görərik. Kiminin əvvəli, kiminin axırı”.

Aparıcı Kamran Quliyev də özünü qocaldanlar sırasındadır:

“Proqrama qoşuldum ki, görüm, qocalanda kimə oxşayacam. Həqiqətəndə atama, babama bənzədim. Yaxşı işləyiblər proqramı. 30 ildən sonra, yaşlaşanda şirkətimi böyüdüb, başında duracam”.

Müğənni Xuraman Şuşalı qocalanda toylarda pul ilə oxumağı istəmir:

"İnşaallah qocalanda nəyəsə və kiməsə möhtac qalmaram. Bütün yaşlılar nəvə, nəticə görüb, onlarla məşğul olsunlar. Qoca Xuraman məncə pis alınmadı".

Aktyor Səbuhi Bayramov trendlə bağlı saytımıza açıqlama verib:

“Mən də bu trendə qoşulmuşam, amma qocalığımı görmək üçün. Məncə pis alınmayıb. 30 ildən sonra yenə də filmlərə çəkiləcəm, ssenarilər yazacam. Bir də istəyirəm, qocalanda dünya turnesinə çıxıb, səyahət edim”.

Aparıcı Lalə Əlimuxtarovanın qocalığını bir çox dünya ulduzlarına bənzətdilər:

"Qocalığa meyillilik yox maraqdır. Arzu edirəm hər kəs 70, 80 yaşa çatsınlar. Trenddir. Qonşudan geri qalma məsələsidir. 30 ildən sonra dəqiq aparıcı olmayacam. Fikirim var əlavə ev alıb, onu kirayəyə vermək. Həyat yoldaşım dövlət qulluqçusu olduğuna görə yüksək məbləğdə təqaüd alacaq. Televiziyada redaktor ola bilərəm amma öz sənətimi davam etdirmərəm. 65 yaşımda qızım böyüyüb mənə kömək edəcək. Yaşlı Laləni bəyəndim. Çoxları dünya ulduzlarına oxşatdılar məni. Qoy olum eybəcər əsas o dur, ki, nənə olum. Çox pis olsam botoksdan istifadə edərəm".

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının gənc aktyoru İbrahim Əlizadə də, sözügedən trendə qoşulub:

“Yaşlılığımı görmək mənim üçün maraqlı gəldi. Sağlam qocalıq dövrümü yaşasam yenədə teatrda çalışacam”.

Aparıcı Cavid Gül Redaktor.az-a açıqlama verdi:

"Qocalmağa meyillik göstərmirik sadəcə olaraq bu, bir növ əyləncədir. Trenddən xəbərim yox idi, Şəhriyar Əbilov qocaldıb, şəkilimi göndərdi. 30 ildən sonra yəgin ki, nəvələrimi ya da övladlarımı oynadacam"

Sevda Bayramova /REDAKTOR.AZ